Həyətində narkotik əkən keçmiş məhkum tutulub

Həyətində narkotik əkən keçmiş məhkum tutulub
  03 Sentyabr 2018    Oxunub:3619
Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzVision.az-a verilən məlumata görə, ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Arif Məmmədov saxlanılıb.

Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman yarımtikilidə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu və ümumi çəkisi 500 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Maddi sübutlar ekspertizaya təqdim olunub. Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti