Ağsuda bələdiyyəyə məxsus ərazi yanıb

Ağsuda bələdiyyəyə məxsus ərazi yanıb
  03 Sentyabr 2018    Oxunub:3457
Ağsu rayonunun Dilman kəndində bələdiyyəyə məxsus ərazidə 80 ha sahədə quru ot və kol-kos yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq texnikası və yerli sakinlər cəlb olunub. Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

AzVision.az


Teqlər: FHN   Ağsu   Yanğın  





Xəbər lenti