Abort etdirən 15-17 yaşlı qızların sayı artıb - Rəsmi

Abort etdirən 15-17 yaşlı qızların sayı artıb - Rəsmi
  03 Sentyabr 2018    Oxunub:8320
Azərbaycanda abort etdirən 15-17 yaşlı qızların sayı artıb.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ötən il 15-17 yaşında abort etdirən qızların sayı 46 nəfər olub. 2016-ci ildə bu rəqəm 19, 2015-ci ildə 50, 2010-cu ildə isə 158 nəfər olub.
18-19 yaşında aborta gedən qızların sayı 1559 nəfər təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 37 618 qadın aborta gedib. Bunların 9 583 nəfəri 20-24, 11 706 nəfəri 25-29, 9 856 nəfəri 30-34, 4 868 nəfəri isə 35 və daha yuxarı yaşlı qadınlardır.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika   Abort  





Xəbər lenti