Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  02 Sentyabr 2018    Oxunub:2828
Bakıda yanğın qeydə alınıb.
AzVision.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb. Yüksək temperaturdan 2 ədəd su sayğacı, 5 p.m su borusu və 5 p.m elektrik kabeli əriyib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti