Yasamalda evdən qadın meyiti tapılıb

Yasamalda evdən qadın meyiti tapılıb
  02 Sentyabr 2018    Oxunub:2409
Bakıda mənzildə qadın meyiti tapılıb.
AzVision.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Abdinyoviç Mariya Georginskayanın meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti