Salyanda 28 yaşlı oğlan güllələnib

Salyanda 28 yaşlı oğlan güllələnib
  02 Sentyabr 2018    Oxunub:2549
Salyan rayonunda 28 yaşlı oğlan güllələnib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Səmədzadə Elgün Alik oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Bağırov Rüfət Rüstəm oğlunu güllə ilə vuraraq ağır yaralayıb. Yaralı doğmaları tərəfindən Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Salyan  





Xəbər lenti