Sabirabadda narkotik alverçisi saxlanılıb

Sabirabadda narkotik alverçisi saxlanılıb
  01 Sentyabr 2018    Oxunub:2661
Daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi və Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan Xəyyam Nağıyev saxlanılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Narkotik   DİN  





Xəbər lenti