Şəmkirdə ana və qızını maşın vurub

Şəmkirdə ana və qızını maşın vurub
  01 Sentyabr 2018    Oxunub:2707
Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Məlumata görə, Şəmkir şəhərində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarında olan evin hasarına çırpılıb. Qəza zamanı evin qarşısında oturan ana və qızı, həmçinin qəzanı törədən sürücü müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzVision.az


Teqlər: Şəmkir   Maşın  





Xəbər lenti