Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi

Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
  31 Avqust 2018    Oxunub:2838
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qusar rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri giriş qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN   Qusar  





Xəbər lenti