Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb
  30 Avqust 2018    Oxunub:3320
Bakıda gənc qız gecə saatlarında itkin düşüb.
Hadisə avqustun 28-də baş verib. Rayonun R.Məmmədov küçəsi, ev 6, mənzil 31-də yaşayan, 1979-cu il təvəllüdlü Məmmədova Pərvanə Yusif qızı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edərək bildirib ki, avqustun 28-də gecə saat 02:00 radələrində onunla birgə yaşayan qızı, 2002-ci il təvəllüdlü Məmmədova Bənzər Ceyhun qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırma aparılır. (Trend)

AzVision.az


Teqlər: Polis   Qız  





Xəbər lenti