Şəkidə 10 tona yaxın narkotik məhv edilib

Şəkidə 10 tona yaxın narkotik məhv edilib
  29 Avqust 2018    Oxunub:3023
“Xaş-xaş 2018” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, Şəki rayonunun Aşağı Daşağıl kəndində vətəndaşa məxsus 2,5 ha pay torpaq sahəsində ümumi çəkisi 10 tona yaxın 31 270 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar olunaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı araşdırma aparılır.




AzVision.az


Teqlər: Şəki   DİN   Narkotik  





Xəbər lenti