Masallıda qanunsuz meşə materialı aşkarlanıb

Masallıda qanunsuz meşə materialı aşkarlanıb
  29 Avqust 2018    Oxunub:2550
Qanunsuz yolla əldə olunmuş meşə materialı aşkar edilib
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.

Reyd zaman Masallı rayonu ərazisində “Kamaz” markalı 44-BX-788 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8,5 m3 həcmində fıstıq və qızılağac cinsli meşə materialı aşkar olunub.

Faktla bağlı avtomobilin sahibi Mürvət Məmmədov barəsində akt tərtib edilib.

AzVision.az


Teqlər: ETSN   Meşə   Ağac  





Xəbər lenti