Masazırda 3 mərtəbəli tikili yanıb

Masazırda 3 mərtəbəli tikili yanıb
  29 Avqust 2018    Oxunub:2112
Masazırda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 1500 m² olan üçmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bu gecə Cəlilabad rayonunda yanğın qeydə alınıb. Uzuntəpə kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti