Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapıldı

Rusiyada itkin düşən azərbaycanlı ər və arvadın meyitləri tapıldı
  28 Avqust 2018    Oxunub:3153
Rusiyanın Novosibirsk vilayətinin Zayeltsovskiy rayonunda yaşayan azərbaycanlı ər və arvadın meyitləri tapılıb.
Məlumata görə, əslən Azərbaycanın Qazax rayonundan olan, 1980-cı il təvəllüdlü Rəhimov Rəhim Həsənağa oğlu və onun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Kseniya Rəhimova rayon kənarında yaşadıqları evdən bir neçə gün əvvəl itkin düşüblər.

Yaxınlarının axtarışı nəticəsində ötən gün onların meyiti rayon ərazisindəki meşədə, yaşadıqları evə yaxın yerdə tapılıb. Meyitlərin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. (Report)

AzVision.az


Teqlər:





Xəbər lenti