Əbülfəs Qarayev vətəndaşlarla görüşəcək

Əbülfəs Qarayev vətəndaşlarla görüşəcək
  27 Avqust 2018    Oxunub:2088
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Əbülfəs Qarayev avqustun 31-də saat 10-da Zaqatalada vətəndaşları qəbul edəcək.
Mədəniyyət Nazirliyindən AzVision.az-a bildirilib ki, rayondakı Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək qəbulda Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt – 147) və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

AzVision.az


Teqlər: Zaqatala  





Xəbər lenti