Füzulidə təcili yardım maşını dərəyə aşıb - 7 yaşlı uşaq ölüb

Füzulidə təcili yardım maşını dərəyə aşıb - 7 yaşlı uşaq ölüb
  27 Avqust 2018    Oxunub:4629
Avqustun 25-də Füzuli rayonunda “Mercedes” markalı avtomobillə təcili tibbi yardım maşını toqquşub. Nəticədə "Mercedes"də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin əməkdaşı Elvin Hacıyev AzVision.az-a bildirib ki, Beyləqan-Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobillə təcili yardım maşını toqquşub.

“Qəza nəticəsində təcili yardım avtomobili yolun qırağındakı dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb. Lakin "Mercedes"də olan digər azyaşlının ayaq bud sümüyü, bir qadının sol qol sümüyü və körpücük sümüyü sınıb. Onlar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya səbəb “Mercedes” avtomobilinin təcili yardım maşınını gözləməməsi olub. Belə ki, “Mercedes”in sürücüsü əvvəl maşını saxlasa da, təcili yardım maşını ona çatanda hərəkət edib və çaşqınlıq yaradıb, nəticədə qəza olub”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi   təciliyardım   qəza  





Xəbər lenti