25 gündə 110 yol qəzası: 51 ölü, 203 yaralı

25 gündə 110 yol qəzası: 51 ölü, 203 yaralı
  27 Avqust 2018    Oxunub:3172
Avqust ayının 25 günündə respublikanın avtomobil yollarında 110 yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 51 nəfər ölüb, 203 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, iyul ayında respublikanın avtomobil yollarında 133 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 68 nəfər ölüb, 248 nəfər xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az





Teqlər: Qəza   DİN  





Xəbər lenti