Siyəzəndə dəhşətli qəza: 6 nəfər ölüb

Siyəzəndə dəhşətli qəza: 6 nəfər ölüb
  25 Avqust 2018    Oxunub:4399
Avqustun 25-də Siyəzən rayonu ərazisində Qara Siyəzən kəndində minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, “VAZ-2107” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla, 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb.

Yaralı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti