Pul və qızıl oğrusu saxlanılıb

Pul və qızıl oğrusu saxlanılıb
  25 Avqust 2018    Oxunub:2983
Bakıda oğurluq edən Tərtər sakini tutulub.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 14-də Bakı şəhər sakini R.Əsədovaya məxsus içərisində 1000 manat və 1300 ABŞ dolları pul, habelə qızıl əşyalar olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Firdovsi İsmayılov saxlanılıb.

AzVision.az


Teqlər: Oğurluq   DİN  





Xəbər lenti