Həyətində çətənə yetişdirən şəxslər tutuldu

Həyətində çətənə yetişdirən şəxslər tutuldu
  25 Avqust 2018    Oxunub:2761
Daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Nüvədi kənd sakini Teymur Teymurova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, əldə edilən məlumat əsasında Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sarovlu kənd sakini Xəqani Rzayevə məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilib.

AzVision.az


Teqlər: Çətənə   DİN  





Xəbər lenti