Sulutəpə sakininə xəsarət yetirən şəxs tutuldu

Sulutəpə sakininə xəsarət yetirən şəxs tutuldu
  23 Avqust 2018    Oxunub:2598
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Gəray Azayevin boyun nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Etibar Həsənov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər: Bıçaq   Xəsarət   Sulutəpə  





Xəbər lenti