Narkotik əkən keçmiş məhkum tutuldu

Narkotik əkən keçmiş məhkum tutuldu
  23 Avqust 2018    Oxunub:2216
Bakıda həyətyanı sahəsində narkotik əkən şəxs saxlanılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Habil Alxasovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirdiyi 3 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti