Külli miqdarda pul oğurlayan dəstə tutulub

Külli miqdarda pul oğurlayan dəstə tutulub
  23 Avqust 2018    Oxunub:2185
Bakıda ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlayan dəstə tutulub.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Xəzər rayon Polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıblar.

Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

AzVision.az


Teqlər: Həbs  





Xəbər lenti