Kürdə bir nəfər batıb

Kürdə bir nəfər batıb
  22 Avqust 2018    Oxunub:2847
Kür çayında 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az- a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər: FHN   Kür  





Xəbər lenti