Mediaya 66.7 milyon manat ayrıldı

Mediaya 66.7 milyon manat ayrıldı
  19 Oktyabr 2013    Oxunub:1930
2014-cü il büdcəsində ümumilikdə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 311,4 mln. manat vəsait ayrılıb. Bu göstərici 2013-cü ilin rəqəmləri ilə müqayisədə 21,7 mln manat və ya 7,5 faiz çoxdur.

Radio, televiziya və nəşriyyat xərclərinə 66,7 mln. manat nəzərdə tutulub.

Qeyd edək ki, ayrılan vəsaitin 140,7 mln. manatı və ya 45,2 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət, 66,7 mln. manatı və ya 21,4 faizi radio, televiziya və nəşriyyat xərclərinə yönəlib. Bununla yanaşı 104 mln. manat və ya 33,4 faiz bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.


Teqlər:  





Xəbər lenti