Göygöldə ictimai dinləmələr keçirildi
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirin əhəmiyyətindən danışan layihənin koordinatoru Vüsalə Hüseynli dövlətimizin başçısının gənclərə, vətəndaş cəmiyyətləri institutlarına göstərdiyi diqqətin nəticəsində bu gün hər bir Azərbaycan gəncinin hökumətin həyata keçirdiyi layihələrdə sərbəst iştirak etdiyini bildirib. O qeyd edib ki, elə bu ictimai dinləmələrin də əsas məqsədi gənclərin Azərbaycanın 2011-ci ildə “Açıq hökumət tərəfdaşlığı” təşəbbüsünə qoşulması, korrupsiyaya qarşı mübarizə, elektron xidmətlərin təşkili, vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı operativ və geniş məlumatlar almaq imkanlarını genişləndirməkdir.
Teqlər: