İtaliyada biznes mövzusunda forum - FOTO

İtaliyada biznes mövzusunda forum - FOTO
  19 Oktyabr 2013    Oxunub:1405
İtaliyanın Udine şəhərində “Azərbaycanda yeni biznes erası” mövzusunda forum keçirilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iqtisadi potensialına görə bu ölkənin ən qabaqcıl regionlarından biri olan Friuli-Venetsiya-Culiya regionunun Udine şəhərində olub.
Səfirlikdən bildiriblər ki, səfərin məqsədi regionun yerli hakimiyyət strukturları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi olub.
Səfər zamanı V.Sadıqov Friuli-Venetsiya-Culiya regionunun qubernatoru xanım Debora Serrakkiani ilə görüşüb. D.Serrakkiani təmsil etdiyi regionun işgüzar və təhsil dairələrinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin inkişaf dinamikasından məmnunluğunu diqqətə çatdırıb.
V.Sadıqov Udine şəhərinin meri Furio Honsell ilə də görüşmüşdür. Görüşdə Azərbaycan və Udine arasında mədəni, elmi, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində diplomat Udinenin Ticarət və Sənaye Palatasında təşkil edilmiş “Azərbaycanda yeni biznes erası” mövzusunda biznes forumda iştirak edib.
Palatanın prezidenti Covanni Da Podzo yerli iş adamlarının geniş imkanlara malik olan Azərbaycan bazarına dərin maraq göstərdiyini vurğuladı.
Səfir V.Sadıqov regionun işgüzar dairələri üçün nəzərdə tutulmuş, 70-ə yaxın iş adamının və KİV nümayəndəsinin iştirak etdiyi forumda Azərbaycan haqqında təqdimatla çıxış etdi. O, Azərbaycanın son illər sosial-iqtisadi inkişaf təmayülləri, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və prioritet inkişaf sahələri haqqında danışdı. Sonra səfir forum iştirakçılarının suallarına cavab verib
V.Sadıqov, həmçinin yerli KİV-lərə müsahibə verdi.

Qalereya




Teqlər:





Xəbər lenti