Oğurluq edən şəxslər tutulub

Oğurluq edən şəxslər tutulub
  28 İyul 2018    Oxunub:5149
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon sakini olan S.Nuriyevanın çantasından içərisində 820 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartları olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də rayonun Ə.Naxçıvani küçəsindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Salmanov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindən daha 3 velosiped oğurlaması da müəyyən edilib.


AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti