BNA: Sərnişin daşımanın əsas hissəsi dövlətə keçəcək
“Biz bu nisbəti dəyişdirmək istəyirik və o istiqamətdə işlər aparılır. Yeni avtobusların alınması üçün tender elan olunub, tələblər qoyulub. Avtobus bazasını yeniləyirik ki, həm isti, həm də soyuq aylarda insanları müasir və sürücüləri etik davranış qaydalarına əməl etdiyi avtobuslarla təmin edək. Hansı daşıyıcılar müasir tələblərlə işləyəcəksə onlarla əməkdaşlıq edəcəyik. Etməyənlərlə isə işimiz dayandırılacaq”.
V.Kərimli bildirib ki, paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdırılacaq və gündəlik monitorinq aparılacaq: “Bununla bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq. Həmçinin dayanacaqlarda yenidən məlumat lövhələrinin quraşdırılması nəzərdə tutulur”.
Aytən Zəhra
AzVision.az