ABŞ böhranı aradan qalxır

ABŞ böhranı aradan qalxır
  17 Oktyabr 2013    Oxunub:1104
ABŞ Konqresindəki respublikaçılar və demokratlar nəhayət ki, dövlət borcunun limitinin qaldırılması və hökumətin fəaliyyətinin bərpa olunması barədə razılığa gəliblər.
AzVision.az `BBC` istinadən xəbər verir ki, bu barədə respublikaçı-senator Kelli Eyott məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtda məsələ ilə əlaqədar rəsmi açıqlama olacaq. Bundan dərhal sonra isə Nümayəndələr Palatasında səsvermə keçiriləcək və ardınca sənəd təsdiqlənmək üçün Senata göndəriləcək. Əks halda, oktyabrın 17-si gecə yarı Amerika hökuməti defolt elan etməli olacaq.


Teqlər:





Xəbər lenti