ABŞ nümayəndələr palatası büdcə üzrə səsverməni ləğv etdi

ABŞ nümayəndələr palatası büdcə üzrə səsverməni ləğv etdi
  16 Oktyabr 2013    Oxunub:1287
ABŞ nümayəndələr palatası çərşənbə axşamı büdcə üzrə səsverməni ləğv edib.
Nümayəndələr palatası yerli vaxtla çərşənbə gecəsi üçün hazırlanmış büdcə layihəsi üzrə səsverməni ləğv edib. AzVsison.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə palatanın prosedur komitəsinin rəhbəri Pit Seşns məlumat verib.

Seşnsın sözlərinə görə, respublikaçıların liderləri cümə axşamınadək büdcə kompromisini əldə etmək üçün çərşənbə günü qanun layihəsini hazırlamaq istəyəcəklər, RİA Novosti xəbər verir.
Respublikaçılar konqresdə iki həftə ərzində səhiyyə islahatı üçün xərclərin azaldılması üzrə, ilk növbədə isə prezident Obama və demokratlar güzəştlərə nail olmaq istəyirlər, lakin administrasiya siyasi şərtlərə qarşı çıxış edir.
ABŞ-da büdcənin olmadığından oktyabrın 1-dən federal müəssisələrinin bir hissəsi bağlanılıb, oktyabrın 17-dən isə ölkədə defolt təhlükəsi nəzəri cəhətdən ona görə ki, konqres 17-trillionluq dövlət borcunun yuxarı "həddi"nin yüksək səviyyəsinə sanksiya verməyib.


Teqlər:





Xəbər lenti