Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluq məlumat yaydı
  05 Mart 2013    Oxunub:1284
Özgə əmlakını talamış şəxs barəsində cinayət işi açılıb.
Şirkətə məxsus külli miqdarda maliyyə vəsaitinin mənimsənilməsi barədə Bakı şəhərində fəaliyyət göstərən “Camal LTD” MMC-dən daxil olmuş müraciətə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az-a verilən məlumatda bildirilir ki, cəmiyyətin satış meneceri Emil Niftalıyevə etibar edilmiş malın 2012-ci ilin iyun-iyul ayları ərzində qalığının yoxlanması zamanı 18 min 935 manat məbləğində çatışmazlıq aşkar edilib.
Cəmiyyət tərəfindən keçirilmiş audit yoxlaması zamanı həmin çatışmazlıq təsdiqini tapıb.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.



Teqlər:  





Xəbər lenti