Naxçıvanda döyüş atışlı xüsusi təlimlər keçirilir - FOTOLAR

Naxçıvanda döyüş atışlı xüsusi təlimlər keçirilir - FOTOLAR
  03 İyul 2018    Oxunub:1906
Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.











AzVision.az


Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti