İrandan narkotik gətirən şəxs gömrükdə "ilişdi"

İrandan narkotik gətirən şəxs gömrükdə "ilişdi"
  02 İyul 2018    Oxunub:1381
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan AzVision.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı, vətəndaşın əlində saxladığı cib dəsmalının arasında, bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti