Ötən gün 86 cinayət törədilib

Ötən gün 86 cinayət törədilib
  02 İyul 2018    Oxunub:997
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların 12-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-ə istindən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 10 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Həbs   Cinayət  





Xəbər lenti