Sənaye məhsullarının istehsalçı qiymətləri azalıb

Sənaye məhsullarının istehsalçı qiymətləri azalıb
  13 Oktyabr 2013    Oxunub:1395
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri il ərzində 4,6 faiz azalıb.
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda 2013-cü ilin sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz artıb, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 4,6 faiz aşağı düşüb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,2 faiz ucuzlaşıb, metal filizlərinin hasilatı üzrə 5,6 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə 0,3 faiz bahalaşıb.

Sentyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 25,1 faiz, metallurgiya sənayesi üzrə 10,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,9 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,6 faiz, mebel istehsalı üzrə 0,3 faiz, qida məhsullarının istehsalı və içki istehsalı üzrə 0,2 faiz, kompüter və digər elektron avadanlıqların istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb, kimya sənayesi üzrə 2,7 faiz, neft məhsullarının istehsalı üzrə 2,3 faiz, geyim istehsalı üzrə 1,8 faiz, poliqrafiya fəaliyyəti üzrə isə istehsalçı qiymətləri 0,6 faiz bahalaşıb.


Teqlər:





Xəbər lenti