ÜTT-yə üzvlük haqda danışıqlar 2014-də olacaq

ÜTT-yə üzvlük haqda danışıqlar 2014-də olacaq
  12 Oktyabr 2013    Oxunub:1373
Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqların vaxtı dəyişdirilib.
AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqların növbəti raundu 2014-cü ilin I rübünə keçirilib. Daha əvvəl isə ÜTT-nin işçi qrupu ilə görüş bu il oktyabrın sonu - noyabrın əvvəlinə planlaşdırılmışdı. Bu barədə cümə günü müzakirəçilər qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, danışıqların keçirilməsi müddətinin təxirə salınması təşkilatın Katibliyinin məşğulluğu ilə bağlıdır: "Hazırda Katiblik ÜTT-yə daxil olmanın ən son mərhələsində olan ölkələrə üstünlük verir".

M.Məmməd-Quliyev qeyd edib ki, Azərbaycan tərəfdən hər şey hazırlanıb: "Göndərilməli olan bütün sənədlər artıq ÜTT-nin Katibliyindədir".


Teqlər:





Xəbər lenti