İKT gəlirləri 10 faizdən çox artıb

İKT gəlirləri 10 faizdən çox artıb
  12 Oktyabr 2013    Oxunub:1095
2013-cü ilin yanvar-sentyabr aylarında 1196,8 milyon manat təşkil edib ki, bu da ötən ilin ananloji dövründə qeydə alınan göstəricidən 10,5 faiz çoxdur. Azvsison.az xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şənbə günü doqquz ayın yekunlarına həsr olunan kollegiya iclasında elan edilən hesabatda bildirilir.

Hesabatda deyilir: "İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycan ÜDM-də xüsusui çəkisi 1,8 faiz təşkil edir".

Bu müddət ərzində ölkənin telekommunikasiya sektoru üzrə artım tempi 6,7 faiz, İT sektoru 1,6 dəfə, poçt sektoru isə 8 faiz artıb.

Kollegiya iclasının gedişi zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda "İKT ili" olaraq elan edilən 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları sahəsində tədbirlər planında göstərilən layihələr barədə danışıb.


Teqlər:





Xəbər lenti