Bakıda 7 nəfər liftdə qalıb

Bakıda 7 nəfər liftdə qalıb
  10 İyun 2018    Oxunub:1309
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Digər məlumata əsasən, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Onlar FHN əməkdaşları tərəfindən xilas edilib.

AzVision.az


Teqlər: FHN   Lift  





Xəbər lenti