Bakıda 102 kanalizasiya qapağı oğurlanıb

Bakıda 102 kanalizasiya qapağı oğurlanıb
  07 İyun 2018    Oxunub:1860
Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeraport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bilirib.

Polis Şöbəsində C.Cabbarovun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 heroin də aşkar olunaraq götüürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti