Saxta pulu dəyişən şəxs tutuldu

Saxta pulu dəyişən şəxs tutuldu
  07 İyun 2018    Oxunub:2150
İyunun 6-da Qazax rayonunun Kosalar kənd sakini S.Pənahov Rayon Polis Şöbəsinə müraciət edərək həmin gün şəhər bazarında naməlum şəxsin ona verdiyi 400 avronu manata dəyişdiyini, sonradan isə həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, həmin əskinaslar ekspertizaya təqdim olunub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə saxta pul mübadiləsində şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən Şıxlı kəndinin ərazisində saxlanılıb.

​Araşdırmalarla onun Tovuz rayon sakini Etibar Məmmədli olduğu müəyyən edilib. ​Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti