Zəngilan sakini qonşusunun pulunu oğurlayıb

Zəngilan sakini qonşusunun pulunu oğurlayıb
  06 İyun 2018    Oxunub:2109
İctimai asayişin qorunması, şahidi olduğu cinayət xarakterli hadisələrə dərhal reaksiya və bu tipli hüquqazidd əməlləri törədən şəxsin yerindəcə zərərsizləşdirilməsi hər bir polis əməkdaşının öndə gələn vəzifələrindən biridir.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, vətəndaşların təhlükəsizliyinin polis əməkdaşları tərəfindən etibarlı şəkildə qorunduğunu sübut edən hadisələrdən biri də Nərimanov rayonu ərazisində baş verib. Belə ki, iyunun 2-də gecə saatlarında paytaxt sakini Asəf Nuruşov K.Rəhimov küçəsində xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına yaxınlaşaraq evinə naməlum şəxsin oğurluq məqsədi ilə daxil olduğunu bildirib və polislərdən kömək istəyib.

Polislər dərhal adekvat reaksiya göstərərk oğurluq niyyəti ilə evə daxil olmaqda şübhəli bilinən şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil veriblər. Şöbədə həmin şəxsin Zəngilan rayon sakini Sahil Mahmudov olduğu müəyyən edilib. Onun üzərindən mənzildən oğurladığı 1300 manat pul aşkar olunub

Saxlanılan şəxs ifadəsində zərərçəkənin qonşusu olduğunu və oğurluq məqsədi ilə mənzilə daxil olduğunu etiraf edib.

Qeyd edilən faktla bağlı başlanan araşdırmalar və müvafiq istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti