Şirvanda 26 yaşlı qadın itkin düşüb - FOTO

Şirvanda 26 yaşlı qadın itkin düşüb - FOTO
  05 İyun 2018    Oxunub:1203
Şirvan şəhər sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az-a verilən məlumata görə, 1992-cı il təvəllüdlü Sənubər Əsədova mayın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər: DİN   Şirvan  





Xəbər lenti