NATO-nun təhsil ekspertləri Bakıya gəlib

NATO-nun təhsil ekspertləri Bakıya gəlib
  05 İyun 2018    Oxunub:948
Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyunun 8-dək davam edəcək işçi görüşdə “Elektron təhsil modul”u mövzusuna dair müzakirələr aparılacaq.

AzVision.az


Teqlər: Mn   NATO  





Xəbər lenti