Əhalidən xeyli sayda silah götürülüb

Əhalidən xeyli sayda silah götürülüb
  05 İyun 2018    Oxunub:1169
Qəbələ rayonu və Nardaran qəsəbəsi sakinlərindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Bum qəsəbə sakini Nadir Zeynalovdan müvafiq sənədləri olmayan “ТОЗ-16” markalı ov tüfəngi müsadirə olunub.

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayan Elçin Cəbrayılov müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-54” markalı ov tüfəngini 42-ci Polis Bölməsinə təhvil verib.

AzVision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti