Azərbaycanda bir ildə 750 nəfər yol qəzasında ölüb

Azərbaycanda bir ildə 750 nəfər yol qəzasında ölüb
  05 İyun 2018    Oxunub:1143
Ötən il Azərbaycanda yol nəqliyyatı hadisələrində 750 nəfər dünyasını dəyişib, 1 719 nəfər yaralanıb.
Ümumilikdə ötən illər ərzində yol nəqliyyatı hadisələrində dünyasını dəyişənlərin və yaralananların sayı azalıb.

Azərbaycanda 2013-cü ildə 1 164, 2014-cü ildə 1 124, 2015-ci ildə 894, 2016-cı ildə 759 nəfər avtomobil qəzalarında həlak olub. Yaralıların sayına gəldikdə, 2013-cü ildə 2 948, 2014-cü ildə 2 676, 2015-ci ildə 2 265, 2016-cı ildə 2 003 nəfər qəzalarda xəsarət alıb.

Ötən il 1 833 yol nəqliyyat hadisəsi baş verib ki, onun 938-i nəqliyyat vasitələri və piyadaların iştirakı ilə olub. (Trend)

AzVision.az


Teqlər: Qəza   Yol   Ölüm  





Xəbər lenti