Binəqədidəki yanğın söndürülüb - Yenilənib

Binəqədidəki yanğın söndürülüb - Yenilənib
  04 İyun 2018    Oxunub:1835
Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülüb.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. İlkin məlumata görə, təxminən, 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.

**

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır. AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   yanğın  





Xəbər lenti