Velosiped oğruları tutuldu

Velosiped oğruları tutuldu
  01 İyun 2018    Oxunub:1764
Xətai RPİ-nin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ə.Həsənova və P.Höccətova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Bizyarkin saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Abbasova və F.Şərifova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Əşrəf Qəniyev saxlanılıblar. Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti