Şəkidə avtomobil yanıb

Şəkidə avtomobil yanıb
  01 İyun 2018    Oxunub:1166
Şəkidə yanğın qeydə alınıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, rayonun Cumakənd kəndində “QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb.

Yaxınlıqdakı yanacaq doldurma məntəqəsi və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   Yanğın   Şəki  





Xəbər lenti