Bakıda qətl: Ana və qızı güllələndi

Bakıda qətl: Ana və qızı güllələndi
  01 İyun 2018    Oxunub:2288
Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsində güllələnmə hadisəsi baş verib.
İnsident zamanı ana ilə qızı güllələnib. Sadıxcan küçəsi 13 ünvanında qeydə alınmış hadisə nəticəsində paytaxt sakini, 55 yaşlı Esmira Cəfərova və onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızı güllə yaraları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin üzərində cərrahi əməliyyat aparılsa da, həkimlər A.Cəfərovanın həyatını xilas edə bilməyib.

Bildirilir ki, ana ilə qızını A.Cəfərovanın nişanlısı olduğu ehtimal edilən şəxs güllələyib.

Cütlüyün arasında münaqişə yaranıb və oğlan onların yaşadığı evə gələrək hər ikisini güllələyib. Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır. Silahlı şəxsin saxlanıldığı bildirilir. (APA)

AzVision.az


Teqlər: Sabunçu   İnsident  





Xəbər lenti